Moldovada prezident seçkiləri ilə əlaqədar Azərbaycanda bir seçki məntəqəsi açılacaq


Moldovada oktyabrın 20-də keçiriləcək prezident seçkiləri və konstitusiya referendumu (ölkənin Aİ-yə daxil olması ilə bağlı) ilə əlaqədar Azərbaycan ərazisində bir seçki məntəqəsinin açılması nəzərdə tutulur.

Şəffaflıq.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası (MSK) bununla bağlı müvafiq qərar qəbul edib.

MSK-nın qərarına əsasən, prezident seçkiləri və referendumla əlaqədar 37 ölkədə 231 seçki məntəqəsi yaradılacaq. Seçki məntəqələrinin böyük hissəsi, yəni 60-ı İtaliyada açılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}