Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlayıb. Şəffaflıq.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib. "Sənəd müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, tam hazır olduqdan sonra audiyyəti üzrə təqdim ediləcək. Yeni qanun internetin sürətinə və qiymətinə nəzarətin artırılması, telekommunikasiya sahəsində fəaliyyətə başlamaq istəyən sahibkarlara dəstək verilməsi ilə bağlı məsələləri özündə ehtiva edir", - deyə o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş