FIFA Fransa millisinin bilərəkdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb


FIFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.

"Report" "RMS Sport" agentliyinə istinadən xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan "xoruzlar" 1/8 finala qrup ikincisi kimi yüksəliblər.

Fransa bu görüşdə qalib gələrək qrup lideri kimi 1/8 finala adlasaydı və bu mərhələni də keçsəydi, 1/4 finalda dünya reytinqində birinci olan Braziliya ilə qarşılaşmalı olacaqdı.

Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzublar.

Qeyd edək ki, Fransa mundialın 1/8 finalında Tailand yığması ilə qarşılaşacaq. İranın rəqibi isə Mərakeş millisi olacaq. Asiya təmsilçisi bu görüşdə qalib gələrsə, Braziliya ilə üz-üzə gələcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}