Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 5534 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1305 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) günün sonunadək DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: Qəbul olunan abituriyentlər 27 sentyabr saat 11:00-dan 3 oktyabr saat 18:00-dək
Facebook-da paylaş