Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər


Azərbaycanın Minskdəki səfiri Məhərrəm Əliyev Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Tərəflər bu ilin oktyabr-noyabr aylarında ən yüksək səviyyələrdə növbəti ikitərəfli təmaslara hazırlıq məsələlərini müzakirə ediblər”, - məlumatda bildirilib.

Bundan əlavə, görüşdə strateji ticari-iqtisadi razılaşmaların həyata keçirilməsi və regional əlaqələrin inkişafı vurğulanmaqla Belarus-Azərbaycan arasında olan bir çox məsələlər müzakirə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}