Əsas Səhifə > SİYASƏT > Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər
Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər23-09-2024, 14:25 |
Azərbaycanın Minskdəki səfiri Məhərrəm Əliyev Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. “Tərəflər bu ilin oktyabr-noyabr aylarında ən yüksək səviyyələrdə növbəti ikitərəfli təmaslara hazırlıq məsələlərini müzakirə ediblər”, - məlumatda bildirilib. Bundan əlavə, görüşdə strateji ticari-iqtisadi razılaşmaların həyata keçirilməsi və regional əlaqələrin inkişafı vurğulanmaqla Belarus-Azərbaycan arasında olan bir çox məsələlər müzakirə edilib. Geri qayıt |