Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb. Şəffaflıq.az xəbər verir ki, prosesdə iştirak etmək istəyən şəxslər Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: Qeyd edək ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.
Facebook-da paylaş