Türkiyənin Ali Təhsil Şurasının sədri Azərbaycanda səfərdədir, Əli Əsədovla görüşəcək
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Azərbaycanda səfərdədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, o, bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk şəhidliyini və Azərbaycan İstiqlal Muzeyini ziyarət edəcək. E.Özvar həmçinin baş nazir Əli Əsədovla görüşəcək və Türkiyə-Azərbaycan universitetinin tələbələri ilə tanış olacaq.
Xəbəri paylaş
Facebook-da paylaş