İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hücum dalğasına başlayıb.
İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hücum dalğasına başlayıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "İlkin məlumat: İsrailin Müdafiə Ordusu hazırda Livanda "Hizbullah" terror təşkilatına aid hədəflərə zərbələr endirir", - xəbərdə deyilir. Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun hava hücumlarının ilk dalğası zamanı “Hizbullah”ın hədəfləri, o cümlədən İsrail ərazisini atəşə tutmağa hazır olan çoxlu sayda atəş qurğuları vurulub. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.
Facebook-da paylaş