I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün bu gün saat 11:00-dan oktyabrın 15-i saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə bu gün saat 11:00-dan sentyabrın 27-si saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Həmin vaxta qədər övladları üçün Qeyd edək ki, bu günədək I sinfə 132 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 672 nəfər uşaq qəbul olunub.
Facebook-da paylaş