Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyaları arasında hərəkət edən qatarın maşinisti qapılara müdaxilə ilə bağlı idarəetmə pultunda müvafiq siqnalların işarəsini hiss edib. Onun sözlərinə görə, "Neftçilər" stansiyasında qapıya baxış keçirib. Qapının bağlanmaması ilə bağlı hər hansı səbəb müəyyən edilmədiyindən maşinist sərnişinləri düşürüb. "Koroğlu" stansiyasına qədər qatarın qapılar yenidən yoxlanılıb, hansısa problem olmadığından həmin stansiyada sərnişinlər yenidən götürülüb. Nəticədə intervaldan əlavə "Neftçilər" ilə "Ulduz" stansiyalarıı arasında 4 dəqiqə yubanma yaranıb. Əlavə ehtiyat tədbirləri görülüb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş