Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə yubanıb


“Bakı Metropoliteni” QSC-nin "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması üzrə işarə sistemi işə düşüb.

Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}