ABŞ-ın keçmiş prezidenti Donald Tramp müğənni Teylor Sviftə nifrət etdiyini bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp müğənni Teylor Sviftə nifrət etdiyini bildirib. Şəffaflıq.az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" şəbəkəsindəki səhifəsində yazıb. "Mən Teylor Sviftə nifrət edirəm!" - Trampın yazısında deyilir. Bundan əvvəl 34 yaşlı amerikalı pop müğənni rəqibi Trampla seçki debatından sonra Kamala Harrisi açıq şəkildə dəstəkləyib. Tramp Teylor Sviftin fanatı olmadığını bildirib. "Mən bildiyimə görə, o, həmişə demokratları dəstəkləyib və çox güman ki, musiqi biznesində bunun əvəzini ödəməli olacaq" deyə eks-prezident bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş