Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq


Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Şəffaflıq.az-ın məlumatına əsasən, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir-bərpa işləri həyata keçiriləcək.

Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin verilişi tam bərpa ediləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}