Azərbaycanda tullantıların idarə olunması ilə bağlı strateji sənəd hazırlanır


Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır.

Şəffaflıq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev “Tullantılar haqqında" qanunun icra vəziyyətinə dair ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, təkcə Bakı şəhərində məişət tullantılarının idarə olunmasına deyil, həm də regionlarda olan təhlükəli tullantılarla mübarizəyə də diqqət ayrılır: "Bu siyahıya tibbi tullantıların idarəsi də aiddir. Sovet dövründən qalan tibb müəssisələri tibbi tullantıların çoxalmasına səbəb olurdu. Monitorinqlərimiz nəticəsində həmin tullantıların təhlükəlilik dərəcəsi ölçülüb və müvafiq addımlar atılıb".

M.Nəbiyev əlavə edib ki, atılacaq ciddi addımlara tullantıların idarə edilməsi barədə hazırlanan strateji sənəd də aiddir. Sənədə əsasən, icra ediləcək layihənin ilk olaraq Abşeronda həyata keçirilməsi planlaşdırılır: “Layihə Abşeronda həyata keçirildikdən sonra ölkə ərazisində də tətbiq ediləcək. Tullantıların zərərsizləşdirilməsi, toplanması, daşınması məsələsinə özəl sektorun da yetərincə marağı var".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}