Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək


Baş prokuror Kamran Əliyev sentyabrın 17-də, saat 10:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Xızı, Siyəzən və Şabran rayon sakinlərinin qəbulunu keçirəcək.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xızı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək:

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}