Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 1-də, saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər. Şəffaflıq..az
Facebook-da paylaş