Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişir


"Azərbaycan Dəmir Yolları "QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.

Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Belə ki, sentyabrın 16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (

www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}