Əsas Səhifə > İnfrastruktur > Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişir
Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişir11-09-2024, 11:10 |
|
"Azərbaycan Dəmir Yolları "QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir. Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Belə ki, sentyabrın 16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq. "Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan ( ), “ADY Mobile” () tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.Geri qayıt |