Bakalavr, magistr və doktorantura üzrə adambaşı maliyyələşmənin artım məbləği açıqlanıb


Bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə bu artım 60 faizdir.

Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, ümumilikdə bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb: "Bir bakalavr və magistra düşən təhsil haqqı xərci təxminən 3 000 manatdan çoxdur. Doktorantura səviyyəsi üzrə isə bu xərc 4 500 manatdan çoxdur".

Onun sözlərinə görə, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: "Hazırda 73 mindən çox tələbə var və onların yarısından çoxu dövlət hesabına təhsil alır. Bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir".

Qeyd edək ki, Nazirlər Kabineti ötən gün ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmini təsdiqləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}