Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib
Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib. Qeyd edilib ki, təşəkkür məktubunda D.Şmıqal Ukraynanın Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib. Ukraynada mühüm mülki infrastrukturun, xüsusilə də enerji sisteminin yenidən qurulması layihələrində Azərbaycanın iştirakının genişlənəcəyinə ümidvarlıq ifadə olunub. Ukraynanın Baş naziri dost Azərbaycan xalqına sülh və rifah arzulayıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş