Konqo Demokratik Respublikasında Makala həbsxanasından qaçmağa cəhd edən 129 məhbus ölüb, 59 nəfər yaralanıb.


Konqo Demokratik Respublikasında Makala həbsxanasından qaçmağa cəhd edən 129 məhbus ölüb, 59 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının baş nazirinin müavini, daxili işlər və təhlükəsizlik naziri Jakmen Şabani “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

Onun sözlərinə görə, yanğınlar nəticəsində bir sıra inzibati obyektlər və ərzaq anbarları sıradan çıxıb.

İlkin məlumatlara görə, 129 nəfər, o cümlədən xəbərdarlıqdan sonra 24 nəfər güllə yarasından, qalanları isə əzilmə və ya boğulma nəticəsində ölüb. Bundan əlavə, 59 nəfər yaralanıb.

O əlavə edib ki, hökumət ölənlərin ailələrinə başsağlığı verir. Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}