Azərbaycanın Fransadakı səfirliyi katolik icması ilə həmrəy olduğunu bildirib
Azərbaycanın Fransadakı səfirliyi Sent Omer şəhərində yerləşən kilsədə baş vermiş güclü yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib. “Azərbaycan səfirliyi Sent Omer şəhərindəki kilsədə baş verən yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirir. Çoxkonfessiyalı və çoxmillətli ölkə olaraq dini irsin qorunmasına xüsusi önəm veririk”, - paylaşımda qeyd olunub.
Xəbəri paylaş
Facebook-da paylaş