İmişlidə bir sıra sahələrdə artım qeydə alınıb
Bu il İmişli rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub. Şəffaflıq.az-ın məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat xidmətinin həcmi 4 768,7 min manat olub. Bu da ötən illə müqayisədə 346,7 min manat çoxdur. Həmçinin cari ildə informasiya və rabitə xidmətləri üzrə işin həcmi 799,1 min manat olub. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 214,1 min manat artım qeydə alınıb. Eyni zamanda 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 176 170,9 min manat olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 703 min manat çoxdur."Report"
Xəbəri paylaş
Facebook-da paylaş