Haqlı olduğumuzu sübut etməliyik - Matviyenko

 

Rusiya Federasiyasının idman vəkilləri Dünya Antidopinq Agentliyinin (VADA) İcraiyyə Komitəsinin Rusiya yığmasını 4 il müddətinə idman yarışlarından kənarlaşdırmaq qərarından şikayət etmək üçün yaxın vaxtlarda İdman Arbitraj Məhkəməsinə (CAS) iddia ərizəsi təqdim edəcəklər.

Bunu Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə müsahibəsində bildirib.

“Aydın məsələdir ki, biz bu qərarla razılaşa bilmərik. Yaxın vaxtlarda idman vəkilləri CAS-a iddia ərizəsi verəcəklər. Haqlı olduğumuzu məhkəmədə sübut etməliyik”, - Matviyenko qeyd edib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}