Azərbaycanın amfibiya təyyarəsi Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizəyə cəlb olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş