ABŞ-da yeniyetmə dörd nəfəri güllələyərək öldürüb


ABŞ-ın Corciya ştatının şimalındakı Dalton şəhərində baş verən atışma nəticəsində dörd nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə FOX telekanalı məlumat yayıb.

Qeyd olunub ki, polis şəhərin Plezant-Grov parkında atəş səslərinin eşidilməsi barədə məlumat alıb. Hadisə yerinə gedən polis dörd ispan əsilli kişinin cəsədini aşkar edib.

Cinayəti törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb və ona qarşı artıq 4 maddə üzrə ittiham irəli sürülüb. Polis hücum edənin təkbaşına hərəkət etmədiyini güman edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}