Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
Yaponiya 2024-cü ilin iyul ayında Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalının həcmini 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63,9% azaldıb. Şəffaflıq.az-ın məlumatına görə, bunu Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlar sübut edir. Rusiya kömürünün alışı 80,2%, taxılının tədarükü isə 12,3% azalıb. Yaponiya bu dövrdə Rusiyadan neft idxal etməyib. Yalnız Yaponiya 2024-cü ilin iyul ayında Rusiyadan balıq və balıq məhsulları idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,8% artırıb. Cari ilin iyul ayında Yaponiyadan Rusiyaya minik avtomobillərinin tədarükü də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,3% azalıb.
Xəbəri paylaş
Facebook-da paylaş