AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Confident 2024" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib “Report” bu barədə AMB-yə istinadən xəbər verir. Beləliklə, hazırda Azərbaycanda 53 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir. Xatırladaq ki, "Confident 2024" bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş