“Azad edilmiş torpaqlarda səs vermək qürurvericidir”




“Ötən əsrin son onilliyi Azərbaycan üçün böyük keşməkeşlərlə müşayiət olundu. Ölkəmiz sovet imperiyasından sonra yeni bir işğalla  - erməni işğalı ilə üz-üzə qalmalı oldu. Ötən 30 ildən artıq bir dövr Azərbaycan üçün böyük ağrılarla, acılarla yadda qaldı. 2020-ci il Vətən müharibəsi bizim ərazi bütövlüyümüzü təmin etdi. 2023-cü il antiterror tədbirləri isə təxminən 34 ildən sonra suverenliyimizin bərpasına yol açdı. Bu gün Azərbaycanın hər qarışı, hər bir kəndi, şəhəri azaddır. Azad Azərbaycan özünün qanunverici orqanını tarixində ilk dəfə bütöv halda təşkil edəcək”.

Şəffaflıq.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəs deyib.

O bildirib ki, suveren Azərbaycanın vətəndaşı kimi işğaldan azad edilmiş torpaqlarda səs vermək qürurverici və sevindiricidir: “Milli Məclisə budəfəki seçkilər ölkəmiz üçün tarixi əhəmiyyətə malikdir. Həm ərazilərimizin işğaldan azad edilməsindən sonra ilk dəfə keçirilməsi, həm də COP29 ərəfəsində baş tutması seçkiləri beynəlxalq səviyyədə də diqqət mərkəzinə çəkir. İnanıram ki, ölkəmiz bu siyasi tədbiri də uğurla başa vuracaq və Azərbaycan özünün inkişafının yeni mərhələsinə qədəm qoyacaq”.

Q.Ağsəs bütün seçiciləri sentyabrın 1-də seçki məntəqələrinə gəlməyə, istədikləri namizədə səs verməyə çağırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}