BMT Baş katibi Çin-Afrika sammitində iştirak edəcək


BMT-nin Baş katibi Antonio Quterreş Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) sammitində iştirak etmək üçün sentyabrın əvvəlində Pekinə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq keçirdiyi brifinqdə məlumat verib.

Quterreş sentyabrın 2-dən 5-dək Çində səfərdə olacaq və yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşəcək.

Çin-Afrika Əməkdaşlıq Forumu 4-6 sentyabrda keçiriləcək. Tədbirin mövzusu modernləşməni təşviq etmək və yüksək səviyyəli Çin-Afrika icması yaratmaq üçün səyləri birləşdirməkdir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}