Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb.
Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumat Polşa Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamısh Polşa ordusu üçün 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb. ABŞ hökuməti ilə müqaviləyə həmçinin logistika və təlim xidmətləri paketinin göstərilməsi, döyüş sursatı və ehtiyat hissələrinin tədarükü daxildir”, - məlumatda deyilir. Polşa tərəfi adından müqaviləni imzalayan Kosinyak-Kamış Varşavanın bu helikopterləri 2028-ci ildə almağa başlayacağını bildirib. Müqavilənin dəyəri 10 milyard ABŞ dolları olacaq.
Facebook-da paylaş