"Sabah"ın İrlandiya klubu ilə keçirəcəyi matça indiyədək 3000 bilet satılıb


UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın İrlandiya təmsilçisi "Sent Patriks Atletik"lə cavab qarşılaşmasına indiyədək satılan bilet sayı açıqlanıb.

Bu barədə  Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, Masazırda baş tutacaq görüş üçün satışa çıxarılan 8000 biletdən 3000-i artıq öz sahibini tapıb.

Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}