Paris-2024 Yay olimpiya Oyunlarında bu gün Azərbaycanın üç idmançısı mübarizə aparıb.
Paris-2024 Yay olimpiya Oyunlarında bu gün Azərbaycanın üç idmançısı mübarizə aparıb. Şəffaflıq.az-ın məlumatına görə, əvvəlcə Anna Skidan çəkicatma yarışlarında bacarığını göstərib. Atlet təsnifat mərhələsindəki ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. Üçüncü yanaşmada isə daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. A.Skidan A və B qruplarında çıxışların yekununda 32 atlet arasında 6-cı yeri tutub və adını final mərhələsinə yazdırıb. O, avqustun 6-da keçiriləcək finalda qüvvəsini sınayacaq. Azərbaycan boksçusu Alfonso Dominqes də uğurlu çıxışla yadda qalıb. Yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanan milli üzvü fəxri kürsünün birinci pilləsinə daha da yaxınlaşıb. Boksçu avqustun 9-da keçiriləcək finalda qızıl medal qazanmağa çalışacaq. Atıcı Ruslan Lunyov isə 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb. İki mərhələnin yekununda 580 xal toplayan idmançı təsnifat mərhələsində 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib. Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Facebook-da paylaş