Banqladeşdə iğtişaşlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb
Bu gün Banqladeşdə keçirilən etiraz aksiyalarında ölənlərin sayı 67 nəfərə (o cümlədən 14 polis əməkdaşı) çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Prothom Alo” qəzeti məlumat yayıb. Qeyd olunur ki, iğtişaşlarla əlaqədar Daxili İşlər Nazirliyi saat 18:00-dan (Bakı vaxtı ilə saat 16:00-dan), komndant saatı, yaxın üç gün isə istirahət günü elan edib. "Paytaxt da daxil olmaqla bütün rayon şəhərlərində, şəhər korporasiyalarında, bələdiyyələrdə, sənaye bölgələrində, rayon mərkəzlərində və qərargahlarda komendant saatı tətbiq olundu", - Banqladeşin Daxili İşlər Nazirliyi bildirib. Bundan əvvəl operatorlar respublika hökumətindən 4G rabitə xidmətlərini söndürmək və sosial şəbəkələrə girişi bloklamaq barədə göstəriş alıblar. Yerli KİV-in məlumatına görə, bankların və mağazaların əksəriyyəti bağlanıb.
Facebook-da paylaş