Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib


"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Şəffaflıq.az "köhlən atlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}