Panama Venesuela ilə diplomatik əlaqələri kəsdi
Panama Prezidenti Xose Raul Mulino Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bütün akkreditə olunmuş panamalı diplomatlar Bolivar Respublikasını tərk edəcəklər. "Panama Venesueladakı vəziyyəti müzakirə etmək üçün Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının iclasını tələb edəcək", - o əlavə edib. Qeyd edək ki, iyulun 28-da baş tutan seçki ilə Venesuela lideri Nikolas Maduro yenidən prezident seçilib. Lakin müxalifət və bəzi xarici ölkələr Maduronun qələbəsini tanımayıblar.
Xəbəri paylaş
Facebook-da paylaş