Donald Tramp ölkənin vitse-prezidenti Kamala Harrisdən dəstək səviyyəsinə görə irəlidədir.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin vitse-prezidenti Kamala Harrisdən dəstək səviyyəsinə görə irəlidədir. Şəffaflıq.az xəbər verir ki, bu, “The Wall Street Journal”ın keçirdiyi sorğunun nəticələrindən bəlli olub. Sorğu nəticələrinə görə, Trampı seçicilərin 49 %-i dəstəkləyir, Harrisə isə amerikalıların 47 %-i güvənir. Sorğu 23-25 iyul tarixlərində 1 000 amerikalı arasında keçirilib, xəta payı 3,1 faiz bəndidir. Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 5 noyabrda keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş