Günün qoroskopu: Sevdiyiniz insanla münasibətlərinizdəki kiçik problemi aradan qaldırın. Axşam saatları böhrandan çıxış zamanıdır.


Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - təxəyyül və yaradıcı yanaşma tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Rutin və cari işlərin yerinə yetirilməsinə aktiv olun. Sürətlə yerinə yetirilməsi mümkün olmayan işlərə başlamayın. Bu gün vədlər verməyin, boynunuza öhdəliklər götürməyin. Vədləri yerinə yetirmək hiss etdiyinizdən də çətindir.

Şəxsi münasibətlərin gələcək perspektivləri barədə düşünün. Ehtimal edilən yenilikləri müzakirə edin. Yaxın ətrafınızdakı insanların qayğısına qalın.

Ən ağır problemlərin həlli mümkünür. Bədbin olmayın, ruhdan düşməyin.

Buğa - şəxsi münasibətlər üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanları anlamağa, onları düşündürən məsələlərdən hali olmağa çalışın. Yeni tanış olduğunuz şəxslərlə rəvan münasibətlər qurun. Fərqli görüşlər olacaq və onlardan biri həyatınızda önəmli rol oynayacaq.

Günün ikinci yarısının enerji potensialı yüksəkdir. Yeni təəssüratlar, hisslər istəyirsiniz. Təşəbbüslər üçün münasib zamandır. Uzun müddətdən bəri başlamağa cürət etmədiyiniz layihəni reallaşdırın.
 

Əkizlər - günün ilk yarısı ünsiyyət, ailədəki problemin həlli, danışıqlar və yeni işin, sifarişin müzakirəsi üçün əlverişlidir. Əhvalınız yaxşıdır. Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla bölüşməyə paxıllıq etməyin. Əyləncə və istirahət fikirlərini unudun.

Günün ikinci yarısı yeni problemlər vəd edir. Emosional fon dəyişir. Əsəbiləşməyin, təlaşa qapılmayın. Xırda və mənasız məsələlər sizi təbdən çıxarmasın. Etibar etdiyiniz insanın dəstəyi xüsüsi aktuallıq kəsb edir.

Sevdiyiniz insanla danışın. Onun sizə deməyə sözü var.

Xərçəng - gün uğurlu başlanacaq. Səhər saatlarından etibarən məhsuldar çalışın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Hədəf və niyyətlərə varmaq ilk baxışdan çətin təsir bağışlasa da, durmayın, irəliləyin.

Bütün işləri təkbaşına, müstəqil görməyə lüzum olmadığını anlamağa çalışın. Yardım və ya dəstək arayırsınızsa, sözünüzü yerə salmayacaq insana müraciət edin.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Ciddi səylər tələb edən işlər planlaşdırmayın. Axşam saatlarında bir qədər istirahət edin. Rəğbət bəslədiyiniz insanlarla görüşün, aktual məsələləri müzakirə edin.

Şir - yaradıcılıq üçün yeni imkanlar yaranır. Gündəlik məsələlərin həllinə məsuliyyətlə yanaşın. Soyuqqanlı və təmkinli davransanız, rəqiblərlə müqayisədə daha çox iş görə bilərsiniz. Problemlərin həllinə yaradıcı yanaşın.

Dəvət aldığınız tədbirlərə qatılmağı unutmayın.

Günün ikinci yarısında yeni müttəfiq, həmfikir və ya dost qazana bilərsiniz. Səmimi olun, yalandan uzaq durun. İmiclə eksperimentlər etmək olar. Rəğbət bəslədiyiniz insanla təmaslarda diqqətli davranın.

Qız - gün uğursuz başlasa da, saatlar keçdikcə işlərin məcrasında dəyişikliklər olacaq. Günün ikinci yarısına doğru isə yeniliklər və dəyişikliklərin intensivliyi artacaq. Ətrafınızda baş verən olaylara sərt müdaxilə etmədən məqsədə doğru irəliləməyə üstünlük verin. Yeni sifarişin alınması, təklifin səslənməsi istisna deyil.

Günün ikinci yarısında mürəkkəb işlə məşğul olmaq, qarışıq situasiyanı çözmək olar. Prosesləri təhlil etsəniz, olayların əsl səbəblərini və real məcrasını görə biləcəksiniz. Bəzi hadisələrin izləri ötənlərdə yaşananlara aparır.

Tərəzi - çoxdan bəri planlaşdırdığınız işə başlamaq zamanıdır. Qətiyyətli olun, iradəli davranın. Yanınızdakı insanlardan birinə etibar edə bilərsiniz. Mühüm məlumatın və ya önəmli informasiyanın alınması istisna deyil. Yaxın perspektivdə yaşamınızda dəyişikliklərə səbəb olacaq hadisə ola bilər.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Yorğunluq hiss etmirsiniz. Axşam saatlarında aktiv istirahəti seçin.

Yeni hədəfləri müəyyənləşdirə bilərsiniz.

Əqrəb - ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Dəyər verdiyiniz insanlarla münasibətləri sərtləşdirməyin, ünsiyyətdə problemlər yaratmayın. Bəzi adamların sözləri və ya əməlləri sizdə qıcıq yaratsa da, sərt danışmayın. Rəqiblərlə bədxahların sayını artırmayın.

Günün ikinci yarısında yaşamın bir sıra sahələrinə maraq artacaq. İndiyədək laqeyd qaldığınız məqamlardan biri indi ön plana çıxır. Alış-verişdə bədxərclik etməyin. Dəvət aldığınız yerdə xeyli pozitiv emosiyalar ala bilərsiniz.
 

Oxatan - məqsədə doğru aparan yolda sizin yeganə düşməniniz süstlük və ya tənbəllik olacaq. Aktiv olun, enerjili çalışın. İşsiz oturmayın, bədbinliyə qapılmayın. Yaxınlarınız yardım üçün müraciət etsələr, onların sözlərini yerə salmayın. Səmimi və qayğıkeş davransanız belə, əməlləriniz unudulmayacaq.

Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Situasiyanı əhəmiyyətli şəkildə dəyişmək üçün şansı əldən verməyin. Yaxın ətrafınızdakı insanlar sizə gözlənilən miqyasda və həcmdə dəstək verə bilməyəcəklər.
 

Oğlaq - günün ilk yarısında yaxın ətrafınızdakı insanlara üstünlüyünüzü göstərməyə çalışmayın. Nəyi nə zaman etməyin gərəkdiyini anlamağa çalışın. Mövqelərinizdən geri çəkilməyin. Haqlısınızsa, nahaqqın qələbəsinə imkan verməyin. Fikir və mövqelərinizi mümkün qədər ustalıqla söyləyin. Belədə dediklərinizə qulaq asacaqlar.

Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri güclənəcək. Əhvalınız yaxşılaşacaq. Mürəkkəb işləri başa vurun, mühüm görüşü unutmayın. Alış-veriş üçün münasib zamandır. Mebel və ya interyer predmetləri almaq olar.

Dolça - istənilən formada kommersiya fəaliyyəti üçün uğurlu zamandır. Gərəksiz əşyalar və mənasız hisslərdən qurtulmağa çalışın. Layihə və ya işinizlə maraqlanan insanla təmasları aktivləşdirin. Yeni işgüzar tərəfdaşlıqla bağlı danışıqlar aparın. Gəlir mənbələrinin sayını artırın.

Şəxsi münasibətlərdə hər şey o qədər də yaxşı deyil. Yaxınlarınızın hərəkətlərinin motivlərini anlamağa səy göstərin. Açıq söhbətlər situasiyanın məcrasını aydınlaşdırmayacaq. Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Təlaş üçün səbəb yoxdur.

Balıqlar - yeni münasibətlərə başlamaq üçün əlverişli zamandır. Təmaslar və ünsiyyətdə aktiv olun. Danışıqlar apardığınız şəxs səmimiliyinə şübhə etməməlidir.

Nöqsanlarınızı pərdələməyin, hisslərinizdə qeyri-səmimi davranmayın. Sadəcə, özünüz olun. Belədə hər şey yaxşı olacaq.

Günün ikinci yarısında məqsədə çatmaq üçün fəal olun, məhsuldar çalışmağa can atın. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun.

Sevdiyiniz insanla münasibətlərinizdəki kiçik problemi aradan qaldırın.

Axşam saatları böhrandan çıxış zamanıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}