"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibinin oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq Macarıstanın "Fehervar" klubunun oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.

Şəffaflıq.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olub.

"Sumqayıt" FK-nın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə qeyd olunmuş vaxtda baş tutacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}