“Qarabağ” Cəbəllütariqdə dəstəksiz qalmayacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq “Qarabağ” dəstəksiz qalmayacaq. Bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib. Klub rəsmisi Cəbəllütariqdəki matçda elə də çox azarkeş gözlənilmədiyini vurğulayıb: “Ümumilikdə 700-ə yaxın azarkeşin gəlməsi gözlənilir. Azərbaycandan isə maksimum 30 nəfər iştirak edəcək”. Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş