"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib


“Araz-Naxçıvan” klubu heyətini braziliyalı futzalçı ilə gücləndirib.

Şəffaflıq.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Covanni Valerio ilə 1 illik müqavilə imzalanıb.

26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.

Qeyd edək ki, "qırmızı-ağlar" buna qədər braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Miloşavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}