Bundesliqada 89 matç keçirən futbolçu "Neftçi"nin sıralarına qatılır
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Rober Bauerlə gücləndirir. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşır. Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə açıqlanacaq. Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub. R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib. Qeyd edək ki, qarşıdakı günlərdə "Neftçi"yə başqa tanınmış futbolçuların transferi gözlənilir.
Facebook-da paylaş