"Şamaxı"nın yeni transfer etdiyi futbolçunun keçidi baş tutmayıb


“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}