Əsas Səhifə > FUTBOL > "Şamaxı"nın yeni transfer etdiyi futbolçunun keçidi baş tutmayıb

"Şamaxı"nın yeni transfer etdiyi futbolçunun keçidi baş tutmayıb


20-07-2024, 00:01


“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.

Şəffaflıq.az 


Geri qayıt