Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətovla vida mərasimi keçirilir


Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna gətirilib.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

B.Hümbətov Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}