“Araz Vadisi İqtisadi Zonası”nda yeni rezident qeydə alınıb
“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şəffaflıq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb. Müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Xəbəri paylaş
Facebook-da paylaş