Əsas Səhifə > MALİYYƏ > “Araz Vadisi İqtisadi Zonası”nda yeni rezident qeydə alınıb
“Araz Vadisi İqtisadi Zonası”nda yeni rezident qeydə alınıb18-07-2024, 12:59 |
“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şəffaflıq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb. Müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Geri qayıt |