Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb


Almaniyanın dəmir yolu operatoru olan “Deutsche Bahn” (DB) bu gündən ölkənin Frankfurt və Mannheym şəhərləri arasındakı 70 kilometrlik (45 mil) dəmir yolunda qatarların hərəkətini dayandırıb.

Şəffaflıq.az “Deutsche Welle”ə istinadən xəbər verir ki, buna səbəb dekabrın 14-nə qədər davam edəcək təmir işləridir.

Bu marşrut Almaniyanın ən işlək dəmir yolu xətlərindən biri olsa da, futbol üzrə Avropa Çempionatı zamanı qatarların gecikməsi və reyslərin ləğvinə görə tənqid edilib.

“Cəmi 5 ay ərzində Frankfurt ilə Mannheym arasındakı xəttin üst qurumu, səs qoruyucu baryerləri, siqnalizasiya texnologiyası yenilənəcək və 20 stansiya müasirləşdiriləcək. İlk dəfə olaraq planlaşdırılan təmir işləri həm şəbəkəni, həm də stansiyaları əhatə edəcək”, - “Deutsche Bahn”ın məlumatında qeyd olunub.

Bundan başqa, 140 kilometr uzunluğunda hava xətləri quraşdırılacaq və marşrut boyunca 20-yə yaxın stansiya yenilənəcək.

Təmir işlərinə 1,3 milyard avro (1,4 milyard ABŞ dolları) xərclənməsi planlaşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}