Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 674,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə Şəffaflıq.az-ın yerli bürosuna yerli Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur. Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1 % artaraq 1 438 manat olub. Naxçıvanda 6 aylıq ÜDM istehsalının 255,6 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu, illik müqayisədə 3,9 % çoxdur. Sənaye məhsulunun 229,1 milyon manatı malların, 26,5 milyon manatı isə xidmətlərin payına düşüb.
Xəbəri paylaş
Facebook-da paylaş